Xəzər Xəbər

Çin ABŞ məhsullarına tarifləri ləğv edir

Dünya | 14:07 • 3 Dekabr 2018
Çin ABŞ məhsullarına tarifləri ləğv edir
Çin hakimiyyəti ABŞ-dan idxal edilən avtomobillərə tətbiq etdiyi tarifləri azaltmağa və ləğv etməyə razılaşıb.

XəzərXəbər xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Tvitter" səhifəsində bəyan edib.


"Pekin ABŞ-dan Çinə avtomobil idxalına qoyulan gömrük rüsumlarını azaltmağa və aradan götürməyə razılaşdı. Hazırda tariflərin həcmi 40%-dir” – Tramp yazıb.

Qeyd edək ki, bundan əvvəl Tramp bildirmişdi ki, əgər Pekinlə hansısa razılaşma əldə olunmasa, Çin mallarına qoyulan 200 milyard dollarlıq gömrük rüsumlarını daha da artıraraq, yanvarın 1-dən 10%-dən 25%-ə qaldıracaq.

Nəticədə, Argentinada keçirilən "G20” sammiti çərçivəsində Çin lideri Si Tsinpinlə Tramp arasındakı görüşdə tərəflər 1 yanvardan etibarən qarşılıqlı olaraq bir-birindən idxal etdikləri məhsullara əlavə gömrük rüsumlarının tətbiq edilməməsi barədə razılığa gəliblər. Danışıqlar zamanı Tramp yanvarın 1-də tarifləri artırmayacağını vəd edib. Lakin Ağ Evin sözçüsü Sara Sanders isə bəyan edib ki, əgər 90 gün ərzində Çinlə əsas ticarət məsələlərində razılıq əldə edilməzsə, rüsumlar 25%-ə qaldırılacaq./azvision.az

Xəbər lenti