Xəzər Xəbər

Yaponiya hökuməti ABŞ ilə Çin arasında ticari barışığı yüksək qiymətləndirir

Dünya | 14:11 • 3 Dekabr 2018
Yaponiya hökuməti ABŞ ilə Çin arasında ticari barışığı yüksək qiymətləndirir

Yaponiya hökuməti ABŞ ilə Çin arasında ticari müharibənin barışıqla nəticələnməsini dünyanın iki böyük iqtisadiyyatı arasındakı konstruktiv razılaşma kimi yüksək qiymətləndirir.


AZƏRTAC xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa dekabrın 3-də keçirilən ənənəvi mətbuat konfransında bəyan edib.


"ABŞ ilə Çin müsbət və konstruktiv məsləhətləşmələr aparıblar. Biz bunu yüksək qiymətləndiririk. Dünya iqtisadiyyatında ümumi daxili məhsulun səviyyəsinə görə birinci və ikinci yerləri tutan bu iki nəhəng dövlət konstruktiv şəkildə fikir mübadiləsi apardılar və bu, Yaponiya da daxil olmaqla, bütün dünya üçün mühüm əhəmiyyətə malikdir”, - deyə baş katib vurğulayıb.


Xatırladaq ki, ötən istirahət günlərində ABŞ Prezidenti Donald Tramp və Çinin sədri Si Cinpin Argentinada keçirilən G20 sammiti çərçivəsində iki ölkə arasında 90 gün ərzində yeni ticari razılaşmanın imzalanması üçün səylərin artırılması barədə razılığa gəliblər.

Xəbər lenti