Xəzər Xəbər

Meksika prezidentinin dəbdəbəli təyyarəsi ABŞ-da satışa çıxarılacaq

Dünya | 12:56 • 3 Dekabr 2018
Meksika prezidentinin dəbdəbəli təyyarəsi ABŞ-da satışa çıxarılacaq

Meksika prezidentinin "Boeing 787 Dreamliner” təyyarəsi satılmaq üçün bu gün ABŞ-ın Kaliforniya ştatına göndəriləcək.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Telemundo telekanalının yaydığı məlumata görə, dəbdəbəli təyyarə satılana qədər San-Bernardino şəhərində qalacaq. "Boeing 787 Dreamliner” 219 milyon dollara Meksikanın sabiq dövlət başçısı Felipe Kalderon üçün alınmışdı. Həmin təyyarədən sabiq prezident Enrike Penya Nieto da istifadə edirdi.


2018-ci ildə Meksikada keçirilən prezident seçkilərində qələbə qazanan Manuel Lopes Obrador həmin təyyarədən istifadə etməyəcəyini və səfərlərə kommersiya təyyarələri ilə gedəcəyini bildirmişdi.


Dekabrın 3-də "Boeing 787 Dreamliner” də daxil olmaqla, bütün prezident aviaparkı satışa çıxarılacaq.

Xəbər lenti