Xəzər Xəbər

Çin ABŞ avtomobillərinin idxal rüsumunu aşağı salmağa razılaşıb

Dünya | 12:39 • 3 Dekabr 2018
Çin ABŞ avtomobillərinin idxal rüsumunu aşağı salmağa razılaşıb

Çinin hakimiyyət orqanları Amerika istehsalı olan avtomobillərinin idxal rüsumunu aşağı salmağa və aradan qaldırmağa razılaşıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Twitter” səhifəsində yazıb.

"Çin ABŞ istehsalı olan avtomobillərinin idxal rüsumunu aşağı salmağa və aradan qaldırmağa razılıq verib. Hazırda rüsum 40 faiz təşkil edir”, -deyə prezident qeyd edib.

Dekabrın 2-də ABŞ Prezidenti Donald Tramp və ÇXR Sədri Si Szinpin Argentinada keçirilən G20 sammiti çərçivəsində görüşüblər. Dövlət başçıları 90 gün ərzində yeni ticarət sazişi imzalamaq üçün səyləri artırmaq barədə razılığa gəliblər. Bununla yanaşı, Ağ evin başçısı 200 milyard dollar həcmində Çin məhsullarının rüsumunu 10 faizdən 25 faizə qaldırmamağa razılıq verib.

Xəbər lenti