Xəzər Xəbər

ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdəki vitse-admiralının cəsədi tapılıb

Dünya | 11:58 • 3 Dekabr 2018
ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdəki vitse-admiralının cəsədi tapılıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Yaxın Şərqdəki vitse-admiralı Skott Sterninin cəsədi onun Bəhreyndəki evində tapılıb. ABŞ HDQ-nin video-bəyanatında ABŞ dəniz əməliyyatları baş komandanı, admiral Con Riçardson bildirib ki, bu gün səhər ABŞ HDQ Mərkəzi Komandanlığının komandiri və Bəhreyndə ABŞ-ın 5-ci donanmasının komandanı Skott Sterninin iqamətgahında onun cəsədi tapılıb.


AZƏRTAC həmin video-bəyanata istinadla xəbər verir ki, hadisənin qəsdən törədilmiş zorakılıq əməliyyatları ilə bağlı olması barədə heç bir dəlil yoxdur.


Vitse-admiral Sterni ABŞ HDQ-nin Bəhreyndəki 5-ci donanmasının komandanı idi.

Xəbər lenti