Xəzər Xəbər

BMT: Dünyada müasir quldarlığın 40 milyona yaxın qurbanı var

Dünya | 11:51 • 3 Dekabr 2018
BMT: Dünyada müasir quldarlığın 40 milyona yaxın qurbanı var

Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturuna daxil olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında bildirilir ki, hazırda dünyada müasir quldarlığın müxtəlif təzahürlərinin qurbanına çevrilən 40 milyona yaxın insan var.


AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu qurbanları zorakılıq, aldatma və hakimiyyət səlahiyyətlərindən sui-istifadə yolu ilə qula çevirirlər. Vurğulanır ki, onların 42 faizini "seks sənayesində” köləliyə cəlb olunmuş qızlar və qadınlar, 58 faizini isə "kölgə iqtisadiyyatının” müxtəlif sahələrində işləyənlər təşkil edir.


BƏT bu hallarla mübarizə aparmaq üçün Məcburi Əmək haqqında Protokol hazırlayıb və bu sənəd 2026-cı ilin noyabrında qüvvəyə minib. Protokolda nəzərdə tutulan tədbirlər quldarlıqla effektiv mübarizədə mühüm rol oynayır. Bundan başqa, BƏT "Azadlıq uğrunda 50” kampaniyası çərçivəsində sənədə imza atmayan əlli dövləti də Protokola qoşulmağa çağırır.


Beynəlxalq Qul Əməyi ilə Mübarizə Günü dekabrın 2-də qeyd olunur. 1949-cu ilin həmin günü BMT-nin Baş Assambleyası tərəfindən insan ticarəti ilə mübarizə haqqında Konvensiya qəbul olunub.

Xəbər lenti