Xəzər Xəbər

Tramp daha bir 97 illik ənənəyə SON QOYDU Bu dəfəki hədəfi isə...

Dünya | 18:00 • 21 Noyabr 2018
Tramp daha bir 97 illik ənənəyə SON QOYDU

ABŞ prezidenti Donald Tramp Ağ Evin 97 ildir davam edən daha bir ənənəsinə son qoyub.

Prezident bu il təşkil ediləcək Ağ Ev Jurnalistlər Ziyafətinə bundan sonra şoumen çağırmayacağını deyib.

Prezidentin bu qərarına səbəb şoumen Maykl Vulfun ötən il ənənəvi yeməyə qatılmayan Donald Trampı zarafatla tənqid etməsindən inciməsi olub.

Tramp bu barədə tvitter hesabında yazıb:

"Özünü şoumen hesab edən Maykl Vulf ötən il o qədər pis zarafatlar etdi ki, ilk dəfə bu il bir şoumen yerinə yazıçı dəvət edəcəm. Ölməkdə olan bir ziyafəti və ənənəni xilas etmək üçün yaxşı bir addımdır. Bəlkə bu dəfə ziyafətə də qatılaram”.

Sözügedən ziyafətə bu il yazıçı Ron Çernounun qatılacağı artıq açıqlanıb. Corc Vaşinqton, Aleksandr Hemilton, Ulis Qrant kimi şəxslərin bioqrafiyasını qələmə alan yazıçı mövzu ilə bağlı hələ ki, açıqlama verməyib.

Qeyd edək ki, ötən il Maykl Vulf Ağ Evin mətbuat katibi Sarah Sandersi tənqid edərək "Gerçəkləri yandırır və sonra külləri ilə üzünə makyaj edir. Bunun sayəsində cəlbedici gözlərlə baxa bilir” demiş və bu zarafatla gündəm olmuşdu.

Xatırladaq ki, jurnalistlər, məşhurlar və siyasətçiləri bir masa arxasına toplayan ziyafətə 1924-cü ildən bəri prezident seçilən hər bir şəxs ən azı bir dəfə qatılıb. Prezidentlər ziyafətdə mətbuat təmsilçiləri üçün şən çıxışlar edərək ənənəni davam etdirir.

ABŞ-ın 44-cü prezidenti Barak Obama isə prezidentliyi dövründə 8 dəfə bu yeməyə qatılıb./publika.az

Xəbər lenti