Xəzər Xəbər

Çinli milyarder qadınları ittiham etdi: “Əxlaqsızlıq...”

Dünya | 16:30 • 21 Noyabr 2018
Çinli milyarder qadınları ittiham etdi: “Əxlaqsızlıq...”

Yuy Minhun çinli qadınları ittiham edib.

Çin milyarderi, ölkədəki bir çox təhsil mərkəzlərinin rəhbəri Yuy Minhun çinli qadınları ölkəni deqradasiyaya aparmaqda ittiham edib.

Çinli biznesmen qadınlar barəsində "ürək sözlərini” Şanxay təhsil forumunda söyləyib.

Təhsil sisteminin inkişafı barədə nitq söyləyən iş adamı birdən-birə sözü çinli qadınların özlərinə kişi seçməsi mövzusuna keçib.

"Əgər çinli qadınlar üçün gələcək ərləri ilə bağlı əsas meyar qədim poeziyanı bilmək olsaydı, o zaman kişilər çin şerlərini əzbərdən öyrənərdi. İndi isə çinli qızlar yalnız öz ərlərinin pul qazanmasını arzulayır. Onun mənəvi və əxlaqi keyfiyyətləri isə nəzərə alınmır. Ona görə də bütün çin kişiləri varlı olsalar da, ləyaqətsiz və vicdansız varlığa çevriliblər”, - deyə Yuy Minhun bildirib.

Çinli milyarder bununla da dayanmayaraq ölkənin yaxşı və ya pis olmasının qadınlardan asılı olduğunu söyləyib. "Qadınların əxlaqsızlığı bütün dövləti pis kökə salıb”, - deyə Minhun öz qənaətini forum iştirakçılarına çatdırıb.

Bundan sonra isə Yuy Minhun ölkədə neqativ mənada ən populyar adama çevrilib. Xüsusilə sosial şəbəkələrdə qadın istifadəçilər onu sərt şəkildə tənqid ediblər.

Onu da qeyd etmək lazımdır ki, Yuy Minhun "New Oriental Education & Technology Group Inc.” şirkətini rəhbəridir. Onun firması müxtəlif növ təhsil xidməti, o cümlədən xaricə (Qərbə) tələbələrin göndərilməsi ilə məşğul olur. Yuy Minhunun şəxsi sərvətinin 1,8 milyard ABŞ dolları olduğu bilinir.(musavat.com)

Xəbər lenti