Xəzər Xəbər

40 yaşlı milyoner 26 yaşlı sevgilisini öldürdü

Dünya | 16:14 • 21 Noyabr 2018
40 yaşlı milyoner 26 yaşlı sevgilisini öldürdü

Qızın bədənində çoxlu sayda zədələr aşkar edilib.

40 yaşlı milyoner Con Brodxerst 26 yaşlı sevgilisi Natalya Konnollu öldürüb.

Qız Böyük Britaniyanın Kinver şəhərində 600 min funt sterlinq dəyəri olan bir evdə ölü tapılıb.

Milyoner qızın ölümündə özünü günahkar saymır və bildirir ki, o, yalnız qızın istəyilə mazoxist hərəkətlər edib.

Ekspertlərin fikrincə, oğlan spirtli içkinin və narkotikanın təsiri altında qızı döyüb və onu yaralı halda pilləkəndə qoyaraq yatmağa gedib. Səhər duranda isə qızın öldüyünü görüb və polis çağırıb.

Qızın bədənində çoxlu sayda zədələr aşkar edilib.

Hazırda insidentin hansı səbəbdən baş verdiyi araşdırılır.

 AzNews.az

Xəbər lenti