Xəzər Xəbər

Yunanıstan sahillərində Türkiyəyə məxsus gəmi yanıb

Dünya | 15:02 • 21 Noyabr 2018
Yunanıstan sahillərində Türkiyəyə məxsus gəmi yanıb

Yunanıstan sahillərində Türkiyəyə məxsus yük gəmisində yanğın baş verib.

Gəmi Tunisdən Türkiyəyə yola düşüb.

Qeyd olunur ki, yanğın gəminin mühərrik hissəsində başlayıb.

Gəminin 11 nəfərdən ibarət heyət üzvü Türkiyə sahil-mühafizə xidmətinin əməkdaşları tərəfindən təxliyə olunub.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. (Trend)

Xəbər lenti