Xəzər Xəbər

Britaniyadan Qara dənizdə təhlükəli addım

Dünya | 15:03 • 21 Noyabr 2018
Britaniyadan Qara dənizdə təhlükəli addım

Böyük Britaniya Ukraynaya hərbi qulluqçuların əlavə kontingentini və Hərbi-Dəniz Qüvvələrinin bir gəmisini göndərəcək.

XəzərXəbər "Teleqraf” nəşrinə xəbər verir ki, bu haqda Birləşmiş Krallığın müdafiə naziri Hevin Uilyamson bildirib.

Britaniyalılar Ukrayna hərbçilərinə və dəniz piyadaçılarına təlim keçəcəklər.

"Ukrayna Rusiya təcavüzünün qurbanı olaraq qaldığı müddətdə, Birləşmiş Krallıq onun əsl partnyoru olacaq”, - Uilyamsonun nitqində deyilir.

Onun sözlərinə görə, London Kiyevə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək./publika.az

Xəbər lenti