Xəzər Xəbər

Makron istintaqa cəlb edilir, səbəbi...

Dünya | 12:39 • 21 Noyabr 2018
Makron istintaqa cəlb edilir,

Fransada bir partiyaya 7500 avrodan artıq ianə vermək qadağandır.

Fransa Prezidenti Emmanuel Makron haqqında qurucusu olduğu Respublika Yürüşü Hərəkatının ötən il aldığı 144 min avro ianənin mənbəyni bildirmədiyi üçün istintaq başladılıb.

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

İstintaq noyabrın 12-də siyasi partiyaların ianələrini və maliyyə dəstəkçilərinə nəzarət edən Kampaniya Hesabları və Siyasi Partiyaların Maliyyəçisi Milli Komissiyasının vəziyyətlə bağlı Paris prokurorluğuna məlumat verməsindən sonra başladılıb.

Qeyd edək ki, Fransada qanuna əsasən, bir partiyaya 7500 avrodan artıq ianə vermək qadağandır.(axar.az)

Xəbər lenti