Xəzər Xəbər

Eks-prezident və xanımı "havadan" pul qazanırlar

Dünya | 17:02 • 20 Noyabr 2018
Eks-prezident və xanımı "havadan" pul qazanırlar

Mişel hər çıxışına görə 225 min, Barak isə 400 min dollar qonorar alır

ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın sərvəti 135 milyon dolları keçib.

Onlar bu qazancı universitetlərdəki mühazirələrinə görə ödənilən qonorar və kitablarının satışı hesabına əldə ediblər.

Bu yaxınlarda Mişel Obamanın "Becoming" adlı kitabı satışa çıxarılıb. Bu, onların sərvətlərinin artırılmasında xüsusi rol oynayıb.

Bundan başqa, Mişel Obama hər çıxışına görə 225 min dollar, keçmiş prezident isə 400 min dollar qonorar alır./sputnik

Xəbər lenti