Xəzər Xəbər

Şimali Koreya cənubla sərhəddə 10 keşikçi postunu ləğv edib

Dünya | 15:20 • 20 Noyabr 2018
Şimali Koreya cənubla sərhəddə 10 keşikçi postunu ləğv edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə həmsərhəd ərazidəki demilitarizasiya zonasında 10 keşikçi postunu ləğv edib.


AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu, iki ölkənin həmsərhəd ərazidə gərginliyin azaldılmasına dair əldə etdikləri razılaşma çərçivəsində baş tutub. Bildirilir ki, keşikçi postları partladılaraq ləğv edilib. Cənubi Koreya tərəfi məsələ ilə əlaqədar 2 gün əvvəldən məlumatlandırılmışdı.


Qeyd edək ki, iki Koreya demilitarizasiya zonasında hərəyə 10 keşikçi postunun ləğv edilməsi barədə razılığa gəlmişdi. Razılığa demilitarizasiya zonasında birgə təhlükəsizlik sahəsinin silahsızlaşdırılması, sərhədyanı bölgədə Koreya müharibəsində ölənlərin cəsədlərinin birgə axtarışı, habelə quruda, suda və havada buffer zonasının yaradılması daxildir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti