Xəzər Xəbər

Çexiyada hökumətə etimadsızlıq votumu təyin edilib

Dünya | 15:15 • 20 Noyabr 2018
Çexiyada hökumətə etimadsızlıq votumu təyin edilib

Noyabrın 23-də səhər saat 9-da Çexiya parlamentinin aşağı palatasında sosial-demokratların və ANO partiyasının koalisiyalı hökumətinə etimadsızlıq bildirilməsi məsələsinə dair iclas keçiriləcək.


AZƏRTAC xəbər verir ki, Avropa İttifaqından ayrılan subsidiyalardan sui-istifadə halları ilə bağlı qalmaqallı "Leylək yuvası” işində yeni faktlar aşkar ediləndən sonra müxalifətçi deputatlar parlamentin növbədənkənar iclasının çağırılmasını tələb ediblər. İlk növbədə indiki hökumət başçısı Andrey Babişə və onun iki övladına qarşı ittihamlar irəli sürülür.


Hökumətə etimadsızlıq bildirilməsi üçün parlamentin 200 deputatından 101 nəfərin bu təklifə səs verməsi zəruridir. Eyni zamanda nəzərə almaq lazımdır ki, müxalifətin parlamentdə cəmi 92-i səsi var. Buna görə də müxalifət hakim koalisiyadan azı 9 deputatı öz tərəfinə cəlb etməlidir. Lakin bu günə qədər ANO fraksiyasının heç bir üzvü baş nazirə etimadsızlıq göstərmək niyyətində olduğunu bəyan etməyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti