Xəzər Xəbər

ABŞ daha bir ölkəni "QARA SİYAHI"sına salır

Dünya | 15:41 • 20 Noyabr 2018
ABŞ daha bir ölkəni

ABŞ hökuməti Vensuelanı "terror dəstək verən ölkələr” adlı qara siyahısına salacaq.

Bu, "Vaşinqton Post” qəzeti tərəfindən iddia edilib.

İddiaya görə, Donald Tramp hökuməti bu mövzu ilə əlaqədar olan qurumlarla birgə danışıqlar aparır.

Xüsusilə, Respublikaçılar Partiyası uzun müddətdir Venesuelanı terrora dəstək verməkdə ittiham edir. Florida senatoru Marko Rubio kimi önəmli şəxslər də bu mövzuda təkid edirlər.

Qeyd edək ki, ABŞ-ın "terrora dəstək verən ölkələr” siyahısında İran, Şimali Koreya, Sudan və Suriya var.

Xatırladaq ki, Venesuelann dövlət başçısı Nikolas Maduro, onun həyat yoldaşı və yaxın əhatəsi daha öncə ABŞ-ın müxtəlif sanksiyalarına məruz qalmışdı./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti