Xəzər Xəbər

Putin: Dünyada vəziyyət pisləşir

Dünya | 14:49 • 20 Noyabr 2018
Putin: Dünyada vəziyyət pisləşir
"Dünyanın bəzi bölgələrində vəziyyət pisləşməkdə davam edir". "TASS" bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrinin inkişafına dair silsilə müşavirə zamanı danışıb.

"Məsələn, Yaxın Şərqdə, Əfqanıstanda vəziyyət sabitlikdən uzaqdır, Koreya yarımadasında çoxlu qeyri-müəyyənliklər qalır",-deyə Putin əlavə edib.

Rusiya prezidenti həmçinin deyib ki, Minsk razılaşmasına baxmayaraq, Ukraynanın şərqində silahlı qarşıdurma davam edir: "NATO bloku ilbəil öz hərbi potensialını gücləndirir, Rusiya sərhədində güc toplamaqda davam edir. Silah nəzarəti ilə bağlı razılaşmanın gələcəyi isəsual altındadır"./FaktXəbər

Xəbər lenti