Xəzər Xəbər

Səudiyyənin XİN rəhbəri: Bin Salman bizim qırmızı xəttimizdir

Dünya | 14:46 • 20 Noyabr 2018
Səudiyyənin XİN rəhbəri:

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr Camal Kaşıkçının qətli ilə bağlı göstərişin vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən verilməsini təkzib edib. Səudiyyəli XİN rəhbəri deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Kaşıkçının öldürülməsində vəliəhd şahzadəni günahkar bilmir.

"Türkiyənin yüksəkçinli rəsmilərindən Ərdoğanın çıxışının hansı məna verdiyini soruşduq və bizə qəti şəkildə deyildi ki, burda vəliəhd şahzadə nəzərdə tutulmur. Səudiyyə Ərəbistanı Krallığının liderliyini iki müqəddəs məscidin vəsi və vəliəhd şahzadəsi təmsil edir. Bunlar bizim qırmızı xəttimizdir və heç vaxt zərər görməsinə imkan vermərik",-deyə Adil əl-Cubeyr vurğulayıb.

Ərdoğan "Vaşinqton Post" qəzeti üzün qələmə aldığı yazıda, Səudiyyə kralı Salman bin Əbdüləzizin qətl əmrini verdiyinə inanmadığını qeyd etmiş, ancaq "Kaşıkçının öldürülməsi əmrini Səudiyyə hökumətində yüksək rəsmilərindən birinin verdiyini bilirik",-deyə cümləsinə yer vermişdi.

Türkiyə dövlət başçısının bu sözlərlə 33 yaşlı vəliəhd şahzadə Məhəmməd bin Salmana işarə etməsi ehtimal olunurdu./FaktXəbər

Xəbər lenti