Xəzər Xəbər

Yerin daxilinə axan okean suyu barədə alimlər susurlar

Dünya | 14:27 • 20 Noyabr 2018
Yerin daxilinə axan okean suyu barədə alimlər susurlar

Dünyanın tektonik platalarının bir-birinin altına girdiyi yerlərdən planetin daxili hissələrinə əvvəllər təxmin edildiyindən üç qat daha çox su axdığı ortaya çıxıb.

"Nature" jurnalında dərc olunan məqalədə bildirilir ki, Filippin adalarında Sakit okean layının Filippin adaları platasının altına enən, Marian çökəkliyindəki zəlzələ riski olan ərazidə təbii seysmik çatlardan istifadə edilərək səthin dərinliklərinə sızan suyun miqdarı araşdırılıb.

Ölçmələr göstərir ki, hər milyon ildə 3 milyon teraqram su yer altına axır. Bir teraqram bir milyard kiloqrama bərabərdir. Bu da Yerin daxilinə əvvəllər təxmin ediləndən 3 dəfə çox su sızdığını göstərir.

Alimlər Yerin daxilində suyun necə hərəkət etdiyini hələ araşdıra bilmədiyi üçün ortaya elmi nəzəriyyələr qoymaqda çətinlik çəkirlər./FaktXəbər

Xəbər lenti