Xəzər Xəbər

Bu ölkələrdə əhalinin ömrü 4-6 il qısalır

Dünya | 14:23 • 20 Noyabr 2018
Bu ölkələrdə əhalinin ömrü 4-6 il qısalır

Nepal və Hindistan dünyanın ən çirkli havası olan ölkələr siyahısında ilk yeri tutur. 

RİA Novostinin verdiyi məlumata görə, bu barədə Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutu bəyan edib. Elm adamları həyata keçirdiyi araşdırmalardan sonra belə qərara gəlib.

Araşdırmalara görə, bu ölkələrdə hava çirkliliyi yerli sakinlərin ömrünü təqribən 4 il müddətinə azaldır. Hindistanın Bihar, Uttar Pradeş ştatlarında isə hava çirkliliyi daha artıqdır: Bu ərazilərdə həyatın müddəti havanın tərkibi ÜST-ün göstərdiyi meyarlara uyğun olan ərazilərə nisbətən 6 il daha qısadır.

Araşdırmalara görə dünyada təqribən 5,5 milyard insan havanın çirkliliyinin ÜST-ün təqdim etdiyi meyarlardan çox-çox olan ərazilərdə yaşayır. Bunun yanında bildirilir ki Asiya bu göstəricilərdə rekordsmendir./faktxəbər

Xəbər lenti

Çox oxunanlar