Xəzər Xəbər

Rusiyada “Ford” zavodunun işçiləri tətil edir

Dünya | 15:53 • 19 Noyabr 2018
Rusiyada “Ford” zavodunun işçiləri tətil edir

Rusiyanın Leninqrad vilayətində "Ford” zavodunun işçiləri tətil keçirir.

Trend-in məlumatına görə, işçilər əmək haqlarının azaldılmasına və mükafatların ləğv edilməsi qərarına etiraz edirlər.

Həmkarlar təşkilatı tətilə 10-a yaxın işçinin qatıldığını, hər gün daha çox işçinin aksiyaya qoşulacağını bildirib.

Öz növbəsində zavod rəhbərliyi işçilərlə danışıqların başladığını deyib.

Xəbər lenti