Xəzər Xəbər

Astana prosesi çərçivəsində növbəti görüş noyabrın 28-29-da keçiriləcək

Dünya | 15:53 • 19 Noyabr 2018
Astana prosesi çərçivəsində növbəti görüş noyabrın 28-29-da keçiriləcək

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov Suriya məsələsi üzrə Astana prosesi çərçivəsində növbəti görüşün vaxtını açıqlayıb.


AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Astanada Suriya ilə bağlı danışıqların növbəti 11-ci raundu noyabrın 28-29-da keçiriləcək. Görüşdə ənənəvi olaraq qarant ölkələr – Rusiya, İran və Türkiyə ilə yanaşı, Suriya hökumətinin və silahlı müxalifətin təmsilçiləri iştirak edəcəklər. BMT-nin və İordaniyanın nümayəndələri görüşə müşahidəçi qismində dəvət olunub.


Qazaxıstanlı nazir ABŞ-ın danışıqların növbəti raunduna qatılmayacağını bildirib. Onun sözlərinə görə, hazırda Birləşmiş Ştatların diqqəti Suriyada terror qruplaşmaları ilə mübarizə üzərində cəmlənib. Bu məsələ isə Astana prosesinin gündəliyinə daxil deyil.

Xəbər lenti