Xəzər Xəbər

Ruhani ABŞ-a MEYDAN OXUDU: Yəməndən İraqa qədər...

Dünya | 15:54 • 19 Noyabr 2018
Ruhani ABŞ-a MEYDAN OXUDU:

İran neft ixracına davam edəcək və ABŞ-ın iqtisadi müharibəsinə müqavimət göstərəcək.

Bunu İran prezidenti Həsən Ruhani Xoy şəhərində etdiyi və dövlət televiziyası ilə canlı yayımlanan çıxışında bildirib.

İran prezidentinin sözlərinə görə, ABŞ-ın İrana qarşı sanksiyaları Tehrana qarşı aparılan psixoloji müharibənin bir hissəsidir.

"Amerika Yəməndən İraqa qədər bölgədəki uğursuzluqlarına görə bizi günahlandırır. İrana qarşı aparılan psixoloji müharibənin bir parçası olan təzyiqə boyun əyməyəcəyik. Neft ixracımızı dayandıra bilmədilər. Neft ixrac etməyə davam edəcəyik”, - prezident deyib./publika.az

Xəbər lenti