Xəzər Xəbər

Girovların azad edilməsi üçün İran Pakistan ərazisində əməliyyat keçirə bilər

Dünya | 15:13 • 19 Noyabr 2018
Girovların azad edilməsi üçün İran Pakistan ərazisində əməliyyat keçirə bilər

Əgər rəsmi İslamabad tərəfinin girovların azad edilməsi üçün həyata keçirdiyi tədbirlər nəticə verməsə, qarşılıqlı razılaşma əsasında İranın xüsusi xidmət orqanları Pakistan ərazisində əməliyyat keçirməyə hazırdır.


AZƏRTAC xəbər verir ki, bu sözləri İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli deyib. Onun sözlərinə görə, İranın xüsusi xidmət orqanlarının həyata keçirdikləri əməliyyat nəticəsində 5 sərhədçi azad edilib, qalanların azad edilməsi istiqamətində isə işlər aparılır.


Xatırladaq ki, oktyabrın 15-də İranın Sistan-Bəlucistan bölgəsində Pakistan ilə sərhədə mühafizə xidmətini yerinə yetirən 11 iranlı sərhədçi naməlum silahlılar tərəfindən girov götürülərək Pakistan ərazisinə aparılıb. Pakistan və İranın xüsusi xidmət orqanlarının səyi nəticəsində noyabrın 7-də 5 nəfər azad edilərək İrana gətirilib. Qalan 6 sərhədçinin azad edilməsi istiqamətində işlər davam etdirilir.

Xəbər lenti