Xəzər Xəbər

Sərnişin təyyarəsi təzyiqin düşməsinə görə geri dönüb

Dünya | 09:03 • 19 Noyabr 2018
Sərnişin təyyarəsi təzyiqin düşməsinə görə geri dönüb

"Singapore Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədə təzyiqin aşağı düşməsi səbəbindən Sinqapur aeroportuna geri qayıtmağa məcbur olub.


AZƏRTAC "The Straits Times” nəşrinə istinadla xəbər verir ki, SQ336 reysini yerinə yetirən təyyarə Sinqapur-Paris marşrutu ilə uçurmuş. Təyyarə Malayziya üzərində təqribən 7 kilometr yüksəklikdə olarkən pilotlar göyərtədə təzyiqin aşağı düşdüyünü bildiriblər. Bundan sonra layner səmaya qalxdığı aeroporta geri dönüb.


Təyyarənin Sinqapurun beynəlxalq Çanqi aeroportuna yerli vaxtla saat 2:30 dəqiqədə qayıtdığı bildirilir. Müvafiq yoxlamadan sonra saat 6:00-da Sinqapuru tərk edən təyyarənin Paris vaxtı ilə saat 12:17-də Fransanın paytaxtına çatacağı gözlənilir.


Təyyarənin göyərtəsində 234 sərnişinin və 17 heyət üzvünün olduğu bildirilir.

Xəbər lenti