Xəzər Xəbər

Londonda mitinq keçirilir - 70-dən çox adam həbs edilib

Dünya | 10:17 • 18 Noyabr 2018
Londonda mitinq keçirilir -

Böyük Britaniyanın paytaxtı Londonda ətraf mühit hərəkatı olan "Extinction Rebellion” tərəfindən mitinq təşkil edilib. Nümayiş zamanı şəhərin beş əsas körpüsündə avtomobillərin hərəkəti dayanıb.


Nümayişçilər hökumətdən iqlim dəyişikliyinə qarşı işləri təcili şəkildə sürətləndirməyi tələb ediblər. Mitinq iştirakçıları 2025-ci ilə qədər iqlim dəyişikliyinin qarşısını almaq və istixana qazı emissiyalarını məhdudlaşdırmaq üçün Böyük Britaniya hökumətinə təzyiq etmək niyyətində olduqlarını söyləyiblər.


Hərəkatın təşkilatçıları nümayişdə 6 min nəfərin iştirak etdiyini bildirib. London polisi etirazçılardan 70-dən çox adamı həbs edib.

Xəbər lenti