Xəzər Xəbər

Qafqaz sıra dağlarında ən uca nöqtələrdən birinə “Aytmatov zirvəsi” adı verilib

Dünya | 13:45 • 18 Noyabr 2018
Qafqaz sıra dağlarında ən uca nöqtələrdən birinə “Aytmatov zirvəsi” adı verilib

Qafqaz sıra dağlarında ən hündür nöqtələrdən birinə böyük qırğız yazıçısı Çingiz Aytmatovun şərəfinə "Aytmatov zirvəsi” adı verilib.


AZƏRTAC xəbər verir ki, qırğız alpinistləri bu zirvəyə dövlət bayrağını sancıb, "Aytmatov zirvəsi” adlı lövhə vurublar.


Alpinistlər vətənə qayıtdıqdan sonra Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov bu mühüm hadisə ilə bağlı onları və ölkə vətəndaşlarını təbrik edib.

Xəbər lenti