Xəzər Xəbər

Afinada 22 nəfər saxlanılıb

Dünya | 09:39 • 18 Noyabr 2018
Afinada 22 nəfər saxlanılıb

Şənbə günü Yunanıstanın paytaxtı Afinada baş tutan qarşıdurmada 22 nəfər saxlanılıb, 13 nəfər isə həbs olunub.

Xatırladaq ki, şənbə günü minlərlə insan küçələrə çıxaraq ABŞ-ın Yunanıstandakı səfirliyinə yaxınlaşıb və orada etiraz marşı keçiriblər. Buna səbəb kimi, Afina Politexnik İnstitutunun tələbələri tərəfindən üsyanın 1973-cü ildə qaldırılması və "qara polkovniklər” rejiminin həmin üsyanı qəddarcasına qarşısının alınmasının 45 illiyinə həsr olunan hadisələr göstərilir.

Xəbər lenti