Xəzər Xəbər

Rumıniya polisi 15 min miqrantı qeydiyyatdan keçirən cinayətkar qrupları müəyyənləşdirib

Dünya | 09:22 • 18 Noyabr 2018
Rumıniya polisi 15 min miqrantı qeydiyyatdan keçirən cinayətkar qrupları müəyyənləşdirib

Rumıniya polisi Buxarestdə üç mənzildə 15 min miqrantın qeydiyyatdan keçdiyini müəyyənləşdirib. İstintaq nəticəsində məlum olub ki, iki cinayət qrup rumın vətəndaşlığını qısa zamanda almaq üçün xarici vətəndaşları, xüsusilə Moldova vətəndaşlarını yalançı ünvanlarda qeydiyyata salıb.


AZƏRTAC xəbər verir ki, bunun müqabilində hər xarici vətəndaşdan 200 avroya yaxın vəsait alınıb. Buxarest Polis İdarəsinin apardığı əməliyyat nəticəsində 9 nəfər saxlanılıb.


Qeyd edək ki, Rumıniya qanunlarına görə, xarici vətəndaş daxili sənədi, o cümlədən sürücülük vəsiqəsini və ya Rumıniya vətəndaşlığını almaq üçün yaşadığı yerdə qeydiyyatdan keçməlidir.

Xəbər lenti