Türkiyənin Kosovadakı səfiri Kıvılcım Kılıçın xidməti avtomobili qəzaya uğrayıb.
Mramor kəndinin yaxınlığında baş verən qəza nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Hadisə zamanı səfirin yaralandığı, dövlət xəstəxanasına aparıldığı bildirilib. Hazırda xanım diplomatın sağlıq durumunun qaydasında olduğu açıqlanıb.