Xəzər Xəbər

Polşa nizami ordusunda yeni diviziya yaradılacaq

Dünya | 16:17 • 16 Noyabr 2018
Polşa nizami ordusunda yeni diviziya yaradılacaq

2026-cı ilə qədər Polşa nizami ordusunda yeni diviziya yaradılacaq. Bu diviziyanın yaradılması 27 milyard zlotıxa (7 milyard dollardan çox) başa gələcək.


Bu haqda qərar Polşa Respublikası Milli Müdafiə Nazirliyinin müvafiq komissiyasının iclasında qəbul edilib.


Nazirlik nəzərdə tutur ki, 18-ci mexanikləşdirilmiş diviziyanın şəxsi heyəti dinc dövrdə təxminən 7800 nəfərdən, o cümlədən 750 zabit, 2160 serjant, 4860 sıravi əsgərdən ibarət olacaq. Müdafiə nazirinin müavini Voyçex Skurkeviçin sözlərinə görə, bu diviziyanın yaradılması şərq cinahında Polşanın real mövqeyini möhkəmlətmək zərurəti ilə bağlıdır.


"Dəmir diviziya” adlanan yeni diviziyanın komandanı 47 yaşlı briqada generalı Yaroslav Qromadzinski olacaq. Sedles şəhərində yerləşəcək diviziyanın tərkibinə komandanlıqdan əlavə bir batalyon, iki mexanikləşdirilmiş briqada, bir tank briqadası, kəşfiyyat batalyonu, artilleriya HHM və logistika alayı daxil olacaq. (AZƏRTAC)

Xəbər lenti