Xəzər Xəbər

Putinə SÖZ VERDİLƏR: bu ərazilər qaytarılarsa...

Dünya | 14:38 • 16 Noyabr 2018
Putinə SÖZ VERDİLƏR: bu ərazilər qaytarılarsa...

Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinə Kuril adalarının cənub hissəsinin Tokioya qaytarılması halında, bu ərazidə ABŞ-ın hərbi bazalarının yerləşdirilməyəcəyinə dair söz verib.

Bu haqda yapon hökumətindəki mənbələrə istinadən "Asahi” nəşri bildirib.

Söhbət Xabomai və Şikotan adalarından gedir. 1956-cı ildə imzalanan SSRİ-Yaponiya birgə bəyannaməsində deyilirdi ki, Moskva sülh müqaviləsinin nəticəsindən sonra adaların Tokioya qaytarılması imkanına baxmağa razıdır.

2016-cı ilin sonunda Yaponiyanın Milli Təhlükəsizlik Şurasının baş katibi Syotaro Yati Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konsultasiyalarda istisna etməyib ki, adaların Tokioya verilməsindən sonra orada ABŞ-ın bazası qurula bilər. Nəşr qeyd edir ki, bu bəyanat danışıqları əhəmiyyətli dərəcədə çətinləşdirdi. Bundan sonra Rusiya prezidenti ilə görüşlərdə Yaponiyanın baş naziri bir neçə dəfə bildirdi ki, Kurilin cənub adalarında Amerika bazaları olmayacaq.

Sentyabrın 12-də Putin Şərq iqtisadi forumunda Sindzo Abeyə sülh müqaviləsini bağlamağı təklif edib. Rusiya liderinin sözlərinə görə, müqavilənin mətnində ərazi mübahisələrinin nizama salınması üzrə Moskva və Tokionun cəhdlərini qeyd etmək olardı. Həmçinin, noyabrın 14-də Sindzo Abe Vladimir Putinlə görüşdə ümid etdiyini ifadə edib ki, iki ölkə ərazi məsələsini həll edəcək və sülh müqaviləsini imzalayacaq./publika.az

Xəbər lenti