Xəzər Xəbər

Şimali Koreya yeni silahını sınaqdan keçirdi

Dünya | 12:04 • 16 Noyabr 2018
Şimali Koreya yeni silahını sınaqdan keçirdi
Şimali Koreya lideri Kim Çen In yeni yüksək texnologiyalı naməlum silahın sınaqdan keçirilməsində iştirak edib.


XəzərXəbər Xxəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap” agentlii Şimali KoreyaKİV-nə istinadən məlumat yayıb.


Qeyd olunub ki, Şimali Koreyanın mərkəzi televiziyası Kim Çen Inın Milli Müdafiə İnstitutunun poliqonuna gələrək taktiki silahın sınaqdan keçirilməsi prosesini izləyib. Məlumata görə, rəsmi Pxenyan artıq uzun illərdir ki, bu silah üzərində işləyirdi.

Televiziya adı açıqlanmayan silahın Şimali Koreya ərazisinin tam və hərtərəfli müdafiəsinə, həmçinin, ordunun döyüş gücünün əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına hesablandığı bəyan edib: "Yüksək texnologiyalı taktiki silahın sınağı uğurla keçdi”.

Yeni silah barədə başqa məlumat verilməyib.

Qeyd edək ki, bu, 2017-ci ilin noyabrında Kim Çen Inın "Hwasong-15” qitələrarası ballistik raketinin buraxılmasında iştirakından sonra Pxenyanın keçirdiyi ilk silah sınağıdır./Azvision.az

Xəbər lenti