Xəzər Xəbər

Gülənin ekstradisiyası ilə bağlı xəbər təkzib olundu

Dünya | 11:28 • 16 Noyabr 2018
Gülənin ekstradisiyası ilə bağlı xəbər təkzib olundu
ABŞ Dövlət Departamenti prezident Donald Trampın FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı göstəriş verdiyinə dair yayılan məlumatları təkzib edib.

Dövlət Departamentinin sözçüsü Hizer Nauert məsələnin aydınlaşdırılması üçün Ağ Evlə əlaqə saxladıqlarını və Trampın belə bir göstəriş vermədiyini deyib.


"Gülənin təhvil verilməsi məsələsində Türkiyədən bir çox tələb gəlib. Türkiyə hökumətinin Gülənin ekstradisiyası ilə bağlı təqdim etdiyi sübutları hələ də dəyərləndiririk. Bu iş tamamiləƏdliyyə Nazirliyinin səlahiyyətinə aid bir prosesdir. Amma sizə bunu deyə bilərəm ki, bu iki məsələ (Kaşoqinin qətli və Gülənin ekstradisiyası) bir-birilə əlaqəsi olmayan mövzulardır. Eyni zamanda, Ağ Ev rəsmilərilə danışdıq və bu məsələ ilə bağlı orada hansısa müzakirələrin aparılmadığını dedilər”, – Nauert bəyan edib.

Qeyd edək ki,ABŞ-ın "NBC News” telekanalı Gülənin ekstradisiyasına dair qanuni yolların araşdırılması üçün Trampın Federal Təhqiqatlar Bürosu (FTB) və Daxili İşlər Nazirliyini təlimatlandırdığını bildirmişdi. İddiaya görə,ABŞsəudiyyəli jurnalist Camal Kaşoqinin qətlindən sonra baş verən hadisələr fonunda belə bir qərar qəbul edib və Gülənin ekstradisiyası ilə Türkiyənin Səudiyyəyə təzyiqlərini yumşaltmaq istəyir./Azvision.az

Xəbər lenti