Xəzər Xəbər

BMT Krımla bağlı qətnamə qəbul etdi Adada insan haqları pozulub

Dünya | 11:25 • 16 Noyabr 2018
BMT Krımla bağlı qətnamə qəbul etdi

Avropa ölkələrinin böyük əksəriyyəti və ABŞ sənədi dəstəkləyib

BMT Baş Assambleyasının 3-cü komitəsi Ukraynanın Krımda insan haqları ilə bağlı qətnaməsinin yenilənmiş versiyasını təsdiq edib.

Bu sözləri Ukraynanın BMT-dəki xüsusi nümayəndəsi Vladimir Yelçenko deyib.

Diplomat qeyd edib ki, 67 ölkə sənədin lehinə, 26 ölkə isə əleyhinə səs verib. Bitərəf qalan ölkələrin sayı 82 olub.

Bildirilir ki, Avropa ölkələrinin böyük əksəriyyəti və ABŞ sənədi dəstəkləyib.

Sənədə "yox" deyən bəzi ölkələrin də adları açıqlanıb:Rusiya, Ermənistan, Belorus, Boliviya, Burundi, Çin, Kuba, Şimali Koreya, Hindistan, İran, Serbiya və Suriya.

AzNews.az

Xəbər lenti