Xəzər Xəbər

İstanbulda dəniz reysləri təxirə salındı

Dünya | 10:40 • 16 Noyabr 2018
İstanbulda dəniz reysləri təxirə salındı

Dəniz reysləri sonuncu dəfə sentyabrda təxirə salınıb.

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.

Reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub. Sinoptiklər əlverişsiz hava şəraitinin hələ 2 gün davam edəcəyini proqnozlaşdırıblar.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Eləcə də Bursada həmin səbəbdən dəniz reyslərinin təxirə salındığı bildirilir.

Qeyd edək ki, İstanbul akvatoriyasında dəniz reysləri əlverişsiz hava şəraiti ilə əlaqədar sonuncu dəfə sentyabrda təxirə salınıb.(trend.az)

Xəbər lenti