Xəzər Xəbər

Fətullah Gülənlə bağlı xəbər dolları ucuzlaşdırdı

Dünya | 09:08 • 16 Noyabr 2018
Fətullah Gülənlə bağlı xəbər dolları ucuzlaşdırdı
"NBC News” telekanalının FETÖ lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyası ilə bağlı yaydığı sensasion məlumatdan sonra Türkiyədə dolların məzənnəsi geriləyib.


Hazırda TRY/USD nisbəti 5.35 səviyyəsinə düşüb. Ekspertlər dolların ucuzlaşmasını Fətulla Gülənlə bağlı xəbərlə əlaqələndirirlər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp FETÖ təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı göstəriş verib. Gülənin ekstradisiyasına dair qanuni yolların araşdırılması üçün Federal Təhqiqatlar Bürosu (FTB) və Daxili İşlər Nazirliyi təlimatlandırılıb.

Xəbər lenti