Xəzər Xəbər

Kaliforniya fəlakətdən xilas ola bilmir: ölü sayı 56-ya çatdı

Dünya | 14:39 • 15 Noyabr 2018
Kaliforniya fəlakətdən xilas ola bilmir:

Kaliforniyada davam edən meşə yanğınlarının qurbanlarının sayı artır.


Artıq 1 həftədir davam edən yanğın qurbanlarının sayı 56 nəfərə çatıb, 130 nəfər isə itkindir. 1300-dən çox insan sığınacaqlara yerləşdirilib. 9 mindən çox tikilini yararsız vəziyyətə salan fəlakət minlərlə insanın yaşadığı yeri tərk etməsinə səbəb olub.


5 mindən çox yanğınsöndürən fəlakətin qarşısını almağa çalışır./Qaynarinfo

Xəbər lenti