Xəzər Xəbər

Berlin süni intellekt yaradır - 3 milyard avro ayrılıb

Dünya | 14:18 • 15 Noyabr 2018
Berlin süni intellekt yaradır -

Almaniya hökuməti 2025-ci ilə qədər süni intellektin inkişafı ilə bağlı elmi araşdırmalara və texnologiyalara 3 milyard avro əlavə sərmayə qoymaq niyyətindədir.


AZƏRTAC xəbər verir ki, AFR hökumətinin Potsdamda keçirilmiş, rəqəmsal texnologiyalara həsr edilmiş ikigünlük iclasında çıxış edən iqtisadiyyat naziri Piter Altmayer deyib: "Süni intellektə gəlincə, Almaniya elmi və praktik sferalarda aparıcı ölkələrdən biri olmalıdır”. Onun sözlərinə görə, AFR hökuməti bunu əsas götürür ki, bu tipli araşdırmalara və texnologiyalara şəxsi investorlar da eyni məbləğdə vəsait xərcləyəcəklər. Beləliklə, 2025-ci ilə qədər süni intellektə investisiyaların ümumi həcmi 6 milyard avro olacaq.


Altmayer deyib: "Biz çalışırıq ki, Almaniyada ixracatyönümlü orta müəssisələr və şirkətlər rəqəmsal texnologiyaları daha çox tətbiq etsinlər, çünki bu texnologiyalar sayəsində ÜDM-i daha 1,3 faiz artırmaq mümkündür”.


Onun sözlərinə görə, bu artım, buxar maşını ixtira edilən vaxtdan bütün böyük innovasiyaların məcmu səmərəsindən çoxdur.

Xəbər lenti