Xəzər Xəbər

Çində avtobus qəzası: 4 ölü, 41 yaralı var

Dünya | 13:52 • 15 Noyabr 2018
Çində avtobus qəzası:

Çinin Şansi vilayətində avtobusun yoldan çıxaraq aşması nəticəsində 4 nəfər ölüb, 41 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.


AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, avtobusun yoldan çıxaraq aşmasına səbəb yolun buz bağlaması olub. Hadisə Cinbien qəsəbəsi yaxınlığında yerli vaxtla 14:17-də (Bakı vaxtı ilə 10:17) baş verib.


Yaralıların hamısı xəstəxanalara yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.

Xəbər lenti