Xəzər Xəbər

Tramp yenə sosial medianın hədəfinə çevrildi Minlərlə insanı unutduğu üçün...

Dünya | 12:58 • 15 Noyabr 2018
Tramp yenə sosial medianın hədəfinə çevrildi

ABŞ prezidenti Donald Tramp bu gün atdığı tvitlə gündəm olub.

Prezident "Divali Hind Festivalı” tədbirləri üçün Amerikada yaşayan etnik və dini azlıqlara Ağ Evin qapılarını açıb.

Tramp "Bu gün ABŞ-da və dünyanın dörd bir yanında yaşayan buddistlər, yainistlər və sihlər tərəfindən keçirilən "Divali” dini festivalı üçün toplaşmışıq. Yüz milyonlarla insan ailələri və dostları ilə birgə yeni ilin başlanmasını bayram edir” mesajı ilə birgə mərasimdən fotoları paylaşıb. Onun hindliləri qeyd etməyi unutması social mediada birmənalı qarşılanmayıb.

Bir çox insan "Divali”nin əslində Hindistanın qədim bayramı olduğunu və təməl olaraq hindlilər tərəfindən qeyd edildiyini xatırladıb.

Qınaqlardan nəticə çıxaran Tramp bir neçə saat sonar "Divali”nin hind festivalı olduğunu bildirən başqa tvit də paylaşıb, lakin əvvəlki tviti silməyib./publika.az

Xəbər lenti