Xəzər Xəbər

Məğlubiyyətin ardınca daha bir ETİRAF: "Rusiya istehsalı raketlərdən istifadə edirlər"

Dünya | 11:31 • 15 Noyabr 2018
Məğlubiyyətin ardınca daha bir ETİRAF:

İsrailin Qəzza zolağında istifadə etdiyi "Dəmir Qübbə” havadan müdafiə sistemi gözləntiləri doğrultmayıb.

Sistem Həmasın yeni istehsal edilən və adı açıqlanmayan raket sistemilə 3 gündə göndərdiyi 460 raketdən sadəcə 100-ü məhv edə bilib.

Buna görə də Təl-Əviv hökuməti atəşkəs elan etmək məcburiyyətində qalıb. İsrail ordusu da raketlərin qarşısının alına bilmədiyini etiraf edib.

İsrail ordusunun mətbuat katibi Conatan Konraykus bildirib ki, fələstinlilərin son qarşıdurmada Rusiya istehsalı olan tank əleyhinə raketlərdən istifadə etdiklərini təxmin edirlər. Fələstinlilərin bu uğuru hökumətə qarşı etiraz və kəskin şüarlara səbəb olub. Yəhudilər etirazlarını bildirmək üçün avtomobil şinləri yandırıblar.

Qeyd edək ki, İsrailin müdafiə naziri Aviqdor Liberman dünən istefaya getdiyini bəyan edib. Onun istefa qərarı Qəzza sektorunda Fələstin döyüşçülərinə qarşı döyüş hərəkətlərinin dayandırılması ilə razılaşmamasıyla bağlı olub./publika.az

Xəbər lenti