Xəzər Xəbər

İranın maliyyə bazarında manipulyasiya edənlər edam edildi

Dünya | 16:59 • 14 Noyabr 2018
İranın maliyyə bazarında manipulyasiya edənlər edam edildi

Bu gün İranda məhkəmənin edam qərarı icra edilib.


AZƏRTAC İRİNN televiziyasına istinadla xəbər verir ki, iqtisadi sistemi pozmaqda, korrupsiya şəbəkəsi yaratmaqda, qeyri-qanuni pul və valyuta əməliyyatları aparmaqda və yer üzündə fəsad çıxarmaqda ittiham olunan Vahid Mazlumin və onun şəriki Məhəmməd İsmayıl Qasemi Tehranda edam ediliblər.


Yerli mətbuatın yazdığına görə, "Qızıl sultan” ləqəbi ilə tanınan Vahid Məzluminin evində aparılan axtarış zamanı 2 ton qızıl və külli miqdarda valyuta aşkarlanıb. Onunla şəriki bu vəsaitlərlə İranın maliyyə bazarında manipulyasiya edərək ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurublar.


Xatırladaq ki, ötən ay valyuta bazarında manipulyasiya və korrupsiya ittihamı ilə 147 nəfər həbs olunmuşdu.

Xəbər lenti