Xəzər Xəbər

İsrailin müdafiə naziri istefa verdiyini bəyan etdi

Dünya | 16:18 • 14 Noyabr 2018
İsrailin müdafiə naziri istefa verdiyini bəyan etdi

İsrailin müdafiə naziri Aviqdor Liberman noyabrın 14-də mətbuat üçün təşkil olunan xüsusi çıxış zamanı öz postundan istefa verdiyini bildirib.


Xezerxeber.az bu barədə TASS informasiya agentliyinə istinadən xəbər verir.


"Mən İsrailin müdafiə naziri postundan istefa verirəm. Biz təhlükəsizlik baxımından Qəzza sektorunda fəaliyyətimizi sona çatdırmalıydıq. Fikrimcə, Qəzzada terror infrastrukturuna vurduğumuz zərbələr yetərli olmayıb. Müdafiə naziri postunda qalacağım təqdirdə İsrailin cənub bölgəsində yaşayan əhalinin gözlərinə necə baxacağımı bilmirdim”, - deyə Aviqdor Liberman deyib. O, İsrail hökumətinin HƏMAS təşkilatı ilə atəşkəsə razılıq verməsini terrora təslim olmaq kimi dəyərləndirib.


Rusdilli israillilərin "İsrail – bizim evimiz” partiyasına rəhbərlik edən Liberman ölkəsinin son aylar tamamilə səhv siyasət yürütdüyünü bildirib və mümkün qədər tez bir zamanda növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb. O, həmçinin başçılıq etdiyi partiyanın hakim parlament koalisiyasından çıxdığını bəyan edib.

Xəbər lenti