Xəzər Xəbər

Sakuracima vulkanı 4 min metr hündürlüyə tüstü və kül püskürüb

Dünya | 15:30 • 14 Noyabr 2018
Sakuracima vulkanı 4 min metr hündürlüyə tüstü və kül püskürüb

Noyabrın 14-də Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında yerləşən Sakuracima vulkanı 4 min metr hündürlüyə tüstü və kül püskürüb.


AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, vulkanın püskürdüyü daş parçaları təqribən iki min metr məsafəyə uçub.


Vulkanın ətrafında yerləşən rayon ziyarətçilər üçün tamamilə bağlanıb. Vulkan sonuncu dəfə cari ilin iyulunda püskürmüşdü.


Sakuracima Yaponiyanın ən təhlükəli vulkanlarından biridir. Tez-tez püskürən vulkan yaxınlıqda yerləşən Kaqoşima şəhərinin əhalisi üçün ciddi problemlər yaradır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti