Xəzər Xəbər

İsrailin müdafiə naziri istefa verib

Dünya | 15:25 • 14 Noyabr 2018
İsrailin müdafiə naziri istefa verib

İsrailin müdafiə naziri Aviqdor Liberman vəzifəsindən istefa verib.

Bu qərara onun Qəzzada hərbi əməliyyatların dayandırılması ilə bağlı narazılğı səbəb olub.

"Evimiz İsrail” partiyasının sədri Qəzza zolağında əməliyyatların davam etməsinin tərəfdarı olub.

Bundan əvvəl, o, İsrail KİV-lərinə müsahibədə ölkədə növbədənkənar seçkilərin keçirilməsinin lazım olduğunu demişdi.

A.Liberman 2016-cı ildən müdafiə naziri vəzifəsində işləyib.

Xəbər lenti