Xəzər Xəbər

Son üç ayda 100 mindən çox Gürcüstan vətəndaşı Avropaya səfər edib

Dünya | 14:49 • 14 Noyabr 2018
Son üç ayda 100 mindən çox Gürcüstan vətəndaşı Avropaya səfər edib

Cari ilin avqust-oktyabr aylarında 105 min 113 nəfər Gürcüstan vətəndaşı Avropa ölkələrinə səfər edib.


Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Avropa ölkələrinin müvafiq dövlət strukturları onların 438-ni geri qaytarıb.


Gürcüstan vətəndaşları ən çox Almaniyaya səfər ediblər (21 295 nəfər). Siyahıda ikinci yerdə İtaliya (16 742 nəfər), üçüncü yerdə isə Yunanıstan (13 365 nəfər) dayanır. Gürcülər ən çox İtaliyadan etiraz alıblar. İtaliya sərhədçiləri 101 nəfər Gürcüstan vətəndaşını ölkəyə buraxmayıblar.


Gürcüləri öz ölkəsinə buraxmayan dövlətlər sırasında ikinci yerdə Kipr (2751 nəfərdən 54-ü geri qaytarılıb), üçüncü yerdə isə Rumıniya (1564 nəfərdən 32-nə imtina edilib) dayanır. (AZƏRTAC)

Xəbər lenti