Xəzər Xəbər

Bakılı İsraildə mer oldu

Dünya | 14:35 • 14 Noyabr 2018
Bakılı İsraildə mer oldu

Vaxtilə Azərbaycanda yaşamış Arkadi Pomeranets İsrailin Maalot-Tarşiha şəhərinin meri seçilib.

Trend-in məlumatına görə, İsraildə bələdiyyə seçkilərinin ikinci turu başa çatıb.

Azərbaycandan İsrailə köçmüş A.Pomeranets seçicilərin 64,4 faiz səsini yığaraq son 44 il ərzində şəhərə rəhbrəlik etmiş Şlomo Buxbutanı qabaqlayıb.

Qeyd edək ki, Arkadi Pomeranets Bakıda anadan olub və orta məktəbi bitirib. O, İsrail mətbuatına müsahibəsində mer seçildikdən sonra məmnuniyyətlə Azərbaycana səfər etmək istədiyini deyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti