Xəzər Xəbər

İlk qaçqınlar Meksika-ABŞ sərhədini keçməyə cəhd göstərib

Dünya | 13:45 • 14 Noyabr 2018
İlk qaçqınlar Meksika-ABŞ sərhədini keçməyə cəhd göstərib

Mərkəzi Amerikadan ABŞ sərhədinə yaxınlaşan 5 minlik mühacir karvanının 360 nəfərdən ibarət ilk dəstəsi avtobuslarla Meksikanın Tixuana şəhərinə gəlib. Onlar Meksikanı Birləşmiş Ştatların Kaliforniya ştatından ayıran sərhəd səddini keçməyə cəhd edib.

Xezerxeber.az xəbər verir ki, bəzi mühacirlər səddin üstünə çıxaraq orada oturub. ABŞ ərazisinə keçən bir neçə nəfər isə amerikalı patrullardan qorxaraq geri qayıdıb. Əksəriyyəti Hondurasdan olan qaçqınlar Tixuana şəhərindəki sığınacaqlara yerləşdirilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 9-da ölkə ərazisinə qanunsuz keçən mühacirlərə sığınacaq verilməsini qadağan edib. Birləşmiş Ştatlarda 1965-ci ildə qəbul edilən immiqrasiya və vətəndaşlıq barədə qanuna əsasən, ölkəyə hansı üsulla və necə girməsindən asılı olmayaraq, istənilən mühacir sığınacaq almaq üçün hakimiyyət orqanlarına müraciət edə bilər.

Xəbər lenti