Xəzər Xəbər

Rusiyadan neft hasilatında TARİXİ REKORD

Dünya | 12:43 • 14 Noyabr 2018
Rusiyadan neft hasilatında

Rusiya neft hasilatının səviyyəsi üzrə rekord müəyyən edib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) noyabr ayı üçün hazırlanan məruzəsində deyilir.

"Rusiya oktyabrda neft hasilatı üzrə yeni post-sovet rekordu müəyyən edib. İlkin hesablamalara uyğun olaraq, neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 50 min barel artaraq 11,6 milyon barel təşkil edib”, - sənəddə bildirilib.

Bundan başqa, OPEK 2019-cu ildə dünyanın neftə tələbatın artım proqnozunu 70 min barel aşağı salıb. Təşkilatın proqnozuna əsasən, tələbat yalnız 1,29 milyon barel (əvvəl proqnoza görə, 1,36 barel təşkil edirdi –red.) artacaq. Bu, qlobal miqyasda dünya iqtisadiyyatının inkişafının qeyri-müəyyənliyi ilə izah olunur. OPEK-in gözləntilərinə görə, növbəti ildə neftə gündəlik tələbat 100,08 milyon barel təşkil edəcək./publika.az

Xəbər lenti